...

Nazim İbrahimov: Gürcüstanda yaşayan azərbaycanlılar gürcü dilini bilməlidir

Siyasət Materials 31 Oktyabr 2006 13:03 (UTC +04:00)
Nazim İbrahimov: Gürcüstanda yaşayan azərbaycanlılar gürcü dilini bilməlidir

Gürcüstanda yaşayan azərbaycanlılar gürcü dilini bilməlidir. Trend in xəbər verdiyi kimi, bu barədə Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bəyan edib.

O qeyd edib ki, bu, Gürcüstan azərbaycanlılarının oxuya, işləyə, ölkənin ictimai həyatında iştirak edə bilməsi üçün problemin yeganə həllidir.

N.İbrahimov vurğulayıb ki, Gürcüstan azərbaycanlılarının daha bir problemi iqtisadi inkişafla bağlıdır. Çünki ölkənin sosial-iqtisadi inkişafı yava-yavaş gedir ki, bu da azərbaycanlıların həyat şəraitində öz əksini tapır.

Xəbər lenti

Xəbər lenti