...

Azərbaycan və Gürcüstan ərazi mübadiləsinin mümkünlüyünü istisna etmir

Siyasət Materials 31 Oktyabr 2006 15:51 (UTC +04:00)

"Azərbaycan və Gürcüstan arasında ərazi mübahisəsi yoxdur. Hər iki ölkə arasında dövlət sərhədinin razılaşdırılmamış müəyyən sahələri mövcuddur və bunlar hər iki tərəfin ekspertlərinin iştirakı ilə fəal şəkildə dəqiqləşdirilir". Trend in Kavkaz-Press-ə istinadən xəbər verdiyi kimi, bu barədə Gürcüstanın xarici işlər nazirinin müavini, Dövlət Sərhədinin Delimitasiyası və Demarkasiyası üzrə Komissiyanın sədri Georgi Mancqaladze bəyan edib.

Onun sözlərinə görə, Azərbaycan və Gürcüstanın təxminən 460 km sərhədindən 300 km-dək sahə iki ölkənin dövlət komissiyaları səviyyəsində razılaşdırılıb. Bu, sərhədin ümumi uzunluğunun 65%-ə qədərini təşkil edir. Nazir müavininin sözlərinə görə, sərhədin delimitasiyası və demarkasiyası haqqında ikitərəfli müqavilənin nə vaxt imzalanacağını demək çətindir. "Gürcüstan və Azərbaycan tərəfinin görüşləri intensiv xarakter daşıyır. Cari ildə ikitərəfli komissiyanın iki iclası keçirilib. Müntəzəm olaraq ekspertlərin görüşü təşkil olunur".

Mancqaladzenin sözlərinə görə, oktyabrın 31-də ölkənin xarici işlər naziri Gela Bejuaşvilinin rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıya qısamüddətli səfəri zamanı azərbaycanlı həmkarlarla görüşdə ikitərəfli münasibətlərə dair aktual məsələlərlə yanaşı, sərhədlərin delimitasiyası məsələsinə də baxılacaq. Mancqaladze dövlətlərin sərhədində yerləşən David Qareci monastırının ətrafındakı ərazi ilə bağlı məsələyə də toxunub. Onun sözlərinə görə, bu sahə Azərbaycan tərəfi ilə hələ razılaşdırılmayıb.

Nazir müavini qeyd edib ki,ümumi sahəsi təxminən 100 kvadrat km olan monastırın bir hissəsi SSR dövründə Azərbaycan ərazisində yerləşib. "Bu, təxminən 100 km2 ərazidə yerləşən kifayət qədər böyük monastır kompleksidir. Onun bir hissəsi hələ sovet dövründə Azərbaycan ərazisində olub. Abidənin mədəni əhəmiyyət daşımasına əsaslanaraq, bu ərazi ilə bağlı sərhəd rayonların hissələrinin mübadiləsi kimi kompromis variantın mümkünlüyünü istisna etmirəm. Bu, dünya təcrübəsində kifayət qədər yayılmış misaldır.

Georgi Mancqaladze Gürcüstan KİV-nin kompleksin bir hissəsinin Azərbaycan sərhədçiləri tərəfindən tutulması ilə bağlı yaydığı məlumatı təkzib edib. "Bunlar əsassız məlumatlardır. Ölkələr arasında mövcud ikitərəfli sazişə görə, sərhəd idarələri dövlət sərhədinin razılaşdırılmamış sahələrində əlaqəli fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti