Avropa Təhlükəsizlik Araşdırmaları Mərkəzi 2007-ci ilin yanvarından noyabrınadək "Starlink" proqramı çərçivəsində Azərbaycanda treninqlər keçirəcək. Trend xəbər verir ki, bu barədə noyabrın 1-də adıçəkilən mərkəzin nümayəndələri tərəfindən Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərovla görüşündə səslənib.
Treninqlər Azərbaycanın hüquq-mühafizə, hərbi və təhlükəsizlik orqanlarının əməkdaşları üçün keçiriləcək. Avropa Təhlükəsizlik Araşdırmaları Mərkəzinin nümayəndəsi Merjin Hartoq bildirib ki, "Starlink" proqramı çərçivəsində indiyədək Gürcüstan və Moldovada anaoloji treninqlər keçirilib. O da vurğulanıb ki, təlimlər müdafiə, hüquq sahəsində və kəşfiyyat-tədqiqat institutlarında demokratik idarəetmə mövzuları üzrə aparılacaq.