...

Narkomanlığa Qarşı Mübarizə üzrə Dövlət Komissiyası ali məktəblərdə kampaniyaya başlayacaq

Siyasət Materials 1 Noyabr 2006 16:29 (UTC +04:00)

Noyabrın 10-dan etibarən Narkomanlığa və Narkotik Iasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası ali məktəblərdə kampaniyaya başlayacaq. Bu barədə Trend ə Komissiyanın sədri İsrafil Əliyev məlumat verib.

Kampaniya çərçivəsində ali məktəblərdə "Əsrin bəlası: Narkomaniyaya yox deyirik" mövzuda tələbələrin də iştirak edəcəyi elmi praktik konfransların keçirilməsi planlaşdırılıb. İlk olaraq belə bir konfrans kampaniyanın start götürdüyü tarixdə Memarlıq və İnşaat Universitetində keçiriləcək.

"Statistika göstərir ki, narkomanlıq gənclər arasında daha sürətlə yayılıb. Hazırda Azərbaycanda narkomaniyaya düçar olanların 70 faizini gənclər təşkil edir. Bunun qarşısını almaq üçün ali məktəblərdə təbliğat kampaniyasını gücləndirmək məqsədəuyğundur. Təbliğat kampaniyası müvəqqəti xarakter daşımacayaq" - deyə Komissiya sədri bildirib.

İ.Əliyevin sözlərinə görə, təbliğat kampaniyası yaxın gələcəkdə regionlarda da davam etdirəcək.

Kampaniyada Komissiya ilə yanaşı Təhsil, Səhiyyə, Gənclər və İdman, o cümlədən Daxili İşlər Nazirliklərinin müvafiq şöbə rəhbərləri iştirak edəcəklər.

Qeyd edək ki, 2006-cı ilin 9 ayı ərzində Azərbaycan ərazisində həkim təyinatı olmadan narkotik və psixotrop maddələrdən istifadə etmiş 25 nəfər dünyasını dəyişib.

Xəbər lenti

Xəbər lenti