...

USAID Azərbaycanın cənub bölgəsinin iqtisadi inkişafına yardım göstərməkdə davam edəcək

Siyasət Materials 1 Noyabr 2006 16:53 (UTC +04:00)

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) Azərbaycanın cənub bölgəsinin iqtisadi inkişafına yardım göstərməkdə davam edəcək. Trend in xəbər verdiyi kimi, bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Enn Ders ölkənin cənub bölgəsinə səfəri çərçivəsində keçirilmiş görüşlərdə bəyan edib.

Səfər zamanı səfir Salyan rayonunda olub və burada informasiya-resurs mərkəzinin açılışında iştirak edib. O, mərkəzə kompüter texnikası və müxtəlif ədəbiyyat bağışlayıb. E.Ders Lənkərana da olub, internat məktəbinə, məscidə baş çəkib, bu rayondan ölkənin Milli Məclisinə seçilmiş deputatlarla və icra hakimiyyəti başçısı ilə görüşüb. Lənkərandan Cəlilabad rayonuna gələn səfir Göytəpə qəsəbəsində kənd təsərrüfatı məhsulları üçün soyuducu anbarın quraşdırılması mərasimində iştirak edib. Layihə USAID tərəfindən maliyyələşib.

Bölgəyə səfəri çərçivəsində ABŞ-ın diplomatik missiyasının rəhbəri Massalı rayonuna da baş çəkib. Səfir rayonun Təklə kəndində su təchizatı və yolun inşası layihələrinin açılışında iştirak edib. Hər iki layihə USAİD tərəfindən maliyyələşir.

Bölgəyə səfəri zamanı E.Ders rayonların icra hakimiyyəti başçıları, QHT və işgüzar dairələrin nümayəndələri ilə görüşüb. O, ABŞ hökumətinin bölgələrin iqtisadi inkişafına, ölkədə yoxsulluğun azaldılmasına, yeni iş yerlərinin açılmasına yardım göstərməyi davam etdirmək niyyətində olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti