...

Gürcüstan səfiri: GUAM ölkələri BMT-də dondurulmuş münaqişələr məsələsinin müzakirələrindən maksimal müsbət qətnamə gözləyirlər

Siyasət Materials 2 Noyabr 2006 17:17 (UTC +04:00)

GUAM ölkələrinin ərazilərində dondurulmuş münaqişələr məsələsinin BMT Baş Assambleyasının gündəliyinə daxil edilməsi bizim böyük uğurumuzdur. Trend xəbər verir ki, bu barədə Gürcüstanın Azərbaycandakı səfiri Zurab Qumberidze noyabrın 2-də jurnalistlərə verdiyi müsahibədə bildirib.

O vurğulayıb ki, bu, dünya ictimaiyyətinin ölkələrimizdəki problemlərlə daha obyektiv tanış olması üçün təşkilatın üzv-ölkələri üçün müsbət haldır.

Səfir qeyd edib ki, GUAM ölkələri bu müzakirələr nəticəsində maksimal müsbət qətnaməyə nail olmaq üçün fəal çalışırlar.

Xəbər lenti

Xəbər lenti