...

İordaniyanın baş nazirinin Azərbaycana səfəri başlandı

Siyasət Materials 6 Noyabr 2006 14:04 (UTC +04:00)

Noyabrın 6-da İordaniyanın baş naziri Maruf əl-Baxitin Azərbaycana rəsmi səfəri başlayıb. Bu barədə Trend xəbər verir.

Səfər zamanı baş naziri bir neçə nazir və İordaniyanın işgüzar dairələrinin təxminən 20 nümayəndəsinin daxil olduğu nümayəndə heyəti müşayiət edir. Səfərin məqsədi Azərbaycan və İordaniya arasında ikitərəfli münasibətlərin mökəmlənməsi, eləcə də İordaniya Kralı II Abdullanın bu il avqustun 22-23-də Azərbaycana rəsmi səfəri zamanı əldə olunmuş razılaşmaların reallaşdırılması məsələlərinin müzakirəsidir.

Səfərin bugünkü proqramına Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin memorialını və Şəhidlər Xiyabanını ziyarət, prezident İlham Əliyevlə görüş, İçərişəhərlə tanışlıq daxildir. Noyabrın 7-də İordaniyanın baş naziri və onu müşayiət edən nümayəndə heyəti biznes-forumda, İordaniya malları sərgisində iştirak edəcək, Səngəçal terminalında olacaq, baş nazir Artur Rəsizadə ilə görüşəcək.

Xəbər lenti

Xəbər lenti