...

Kişinyovda GUAM ölkələrinin Gənclər Forumunun təsis edilməsi məsələsi müzakirə olunacaq

Siyasət Materials 6 Noyabr 2006 18:18 (UTC +04:00)

Bu həftə Kişinyovda "GUAM - demokratiya və iqtisadi inkişaf uğrunda təşkilat"a üzv ölkələrin Gənclər Forumunun təsis edilməsi ilə bağlı məsələlər müzakirə olunacaq. Azərbaycanın Gənclər və İdman Nazirliyindən Trend ə verilən məlumata görə, məsləhətləşmələr Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və Moldovanın maarif və gənclər naziri Viktor Tsvirkun arasında aparılacaq.

Forumun noyabrın sonunda Bakıda təşkil olunması planlaşdırılır. Bu təşəbbüslə Azərbaycan tərəfi çıxış edib. Gürcüstan, Moldova və Ukrayna isə onu dəstəkləyib.

Məsləhətləşmələr Azad Rəhimovun Moldova Nazirliyi tərəfindən təşkil olunmuş gənclər forumunda iştirak etmək üçün noyabrın 8-9-da Kişinyova səfəri çərçivəsində aparılacaq.

Xəbər lenti

Xəbər lenti