...

AŞPA Cənubi Qafqazda sabitlik Paktını müzakirə edəcək

Siyasət Materials 7 Noyabr 2006 16:58 (UTC +04:00)

Cənubi Qafqazda sabitlik Paktının yaradılması məsələsi noyabrın 17-də Avropa Şurası Parlament Assambleyasının Daimi Komitə üzvlərinin San-Marinoda keçiriləcək görüşündə müzakirə olunacaq. Trend in AŞ-nin məlumatına istinadən xəbər verdiyi kimi, konfransda AŞPA prezidenti Rene Van Der Linden iştirak edəcək.

Bu görüşdə Cənubi Qafqazda satiblik Paktının qanun layihəsi müzakirəyə çıxarılacaq. Siyasi məsələlər üzrə komitənin məruzəçisi Adrian Severin (Rumıniya) bu məsələ ilə bağlı çıxış edəcək.

Xatırladaq ki, bu qanun layihəsi siyasi məsələlər üzrə komitə tərəfindən 5 oktyabr 2006-cı ildə qəbul olunub.

Xəbər lenti

Xəbər lenti