...

Azərbaycan Odessa-Brodı-Plotsk layihəsində maraqlıdır

Siyasət Materials 7 Noyabr 2006 20:56 (UTC +04:00)

Azərbaycan neft məhsullarının emalı və satışında iştirak etmək şərti ilə Odessa-Brodı-Plotsk layihəsinin gerçəkləşməsində maraqlı oldğunu təsdiqləyib. Trend in "İnterfaks-Ukraina"ya istinadən xəbər verdiyi kimi, Azərbaycanın bu mövqeyini noyabrın 7-də Brüsseldə respublika prezidenti İlham Əliyev təsdiqləyib.

İ.Əliyev xatırladıb ki, bu məsələ Ukrayna prezidenti Viktor Yuşenko ilə müzakirə olunub. Bundan başqa, Azərbaycannı bu layihədə iştirakının mümkünlüyünü öyrənmək məqsədilə Ukrayna-Azərbaycan işçi qrupu yaradılıb. İşçi qrupu bu layihənin iqtisadi üstünlükləri və əməkdaşlığın mümkün mexanizmlərinin öyrənilməsi üzərində işləyir. "Biz onu da müzakirə etmişik ki, Azərbaycanın bu layihədə iştirakı neft kəməri üçün neft tədarükü ilə məhdudlaşmamalıdır. Burada həm də ölkənin neft məhsullarının emalı və satışında da iştirakı nəzərdə tutulur", - deyə dövlət başçısı bildirib. AB-nin bu layihədə maraqlı olduğunu qeyd edən İ.Əliyev bildirib ki, bu amil həmin məsələnin həlli üçün "əlverişli mühit" yaradır.

Prezident İ.Əliyev qeyd edib ki, perspektivdə Azərbaycan böyük həcmdə neft hasil etmək niyyətindədir.

"Bizim üçün Avropa bazarına alternativ neft tədarükü yollarına malik olmaq çox vacibdir və əgər biz daha bir tədarük yoluna malik olsaq, bundan yalnız qazanacağıq.

Xəbər lenti

Xəbər lenti