...

Gəncədə qaz pullarının yığımında irəliləyiş hiss olunur

Siyasət Materials 8 Noyabr 2006 18:37 (UTC +04:00)

Noyabr ayının 1-nə olan məlumata görə, Gəncə şəhəri üzrə əhaliyə 9 milyon 691 min m3 qaz verilib. Bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 milyon 790 min m3 azdır.

Lakin əhalidən yığılan istifadə olunmuş qaz pulunun ödənişi xeyli artıb. Bu barədə məlumatı Trendə Gəncə Qaz İstismar İdarəsindən veriblər. Məlumata görə, noyabrın 1-nə kimi əhalidən yığılan qaz pulu 137 000 AZN təşkil edir ki, bu da müvafiq hesabat dövrü ilə müqayisədə 53 000 AZN çoxdur.

İdarədən onu da bildirdilər ki, qaz istismar idarəsinin bütün kollektivi yığımda səylə çalışsalar da, hələ də əhali sektorunda 8 milyon AZN-ə yaxın debitor borclar qalmaqdadır.

Xəbər lenti

Xəbər lenti