...

Azərbaycanın bank sistemlərindən kənarda 10% nəğd pul qala bilər

Siyasət Materials 8 Noyabr 2006 18:41 (UTC +04:00)
Azərbaycanın bank sistemlərindən kənarda 10% nəğd pul qala bilər

Azərbaycan höküməti əhalinin son zamanlar bank sistemlərinə pul qoyuluşlarının inkişaf dinamikasını təsdiq edir. Nazirlər Kabinetinin İqtisadi, Kredit, Tarif siyasəti Şöbəsinin rəhbəri Oqtay Haqverdiyevin bildirdiyi kimi, son məlumatlara əsasən bank sektorundan kənarda 58% nəğd pul qalır.

O.Haqverdiyevin fikrincə, iki-üç il ərzində Avropa ölkələrində olduğu kimi əhalinin vəsaitinin 90%-ni ölkənin bank sistemlərinə cəlb etmək mümkün olacaq. Bu ticarət məntəqələri, eyni zamanda xidmət sahəsində qeyri-nəğd hesabla əməliyyat tədbirlərinin həyata keçirilməsi ilə mümkün olacaq. Tədricən əmək haqqları da kart sisteminə keçiriləcək.

Azərbaycan Milli Bankının məlumatına əsasən, 1 oktyabr üçün nəğd pul kütləsinin həcmi il ərzində 82,1% ,sentyabrda isə 8,9% artıb. 1 oktyabrdakı vəziyyətə görə KH 996,8 milyon AZN təşkil edir.

1 oktyabrdakı vəziyyətə görə? qeyri-nəğd pulların həcmi ilin əvvəli ilə müqayisədə 2,14 dəfə, sentyabr ərzində isə 7,3% artaraq 533,8 milyon AZN təşkil edib.

Xəbər lenti

Xəbər lenti