...

Sürgün edilmiş İrəvan türklərinin höküməti fəaliyyətə başlayacaq

Siyasət Materials 9 Noyabr 2006 14:16 (UTC +04:00)

Sürgün edilmiş İrəvan türklərinin hökümətinin fəaliyyətə başlaması haqqında plan və proqram hazırlanıb. Trend -in verdiyi məlumata görə, Türkiyənin İqdır əyalət bələdiyyəsinin rəhbəri Nurəttin Aras bu haqda jurnalistlərə bildirib. O xəbər verib ki, İqdırın yaşayış məntəqələrində məskunlaşanların arasında bəzilərinin pasportunda doğulduğu yer kimi İrevan (indiki Yerevan) göstərilib. Bu şəxslər öz tarixi yerlərindən qaçqındırlar. Onlar 20-ci əsrin əvvələrində ermənilərin vəhşicəsinə qətlləri və talanları üzündən doğma ocaqlarını tərk etməyə məcbur olanların nəvələri və hətta uşaqlarıdır.

"Mən də daxil olmaqla bunlar əsasən onların nəvələri və uşaqlarıdır.". Bu haqda N.Aras deyib və əlavə edib ki, nəsillər yalnız İqdırda deyil, həm də İstanbulda, Bursada, eyni zamanda Almaniyada, Hollandiyada və digər ölkələrdə yaşayır.

N.Aras bildirib ki, qaçqınların nəsilləri İqdırda İrəvan türklərinin klubunu yaradıb ki, yeni üzvlərin qeyd olunmasından sonra qısa vaxt ərzində ilk ümumi konqresini keçirəcək. Onun üçün baş katib və yerli orqanların sədrləri seçiləcək, sonra isə Türkiyədən kənarda pozulan hüquqların bərpası uğrunda mübarizə aparacaq mərkəz yaradılacaq və sürgündə olan İrəvan türklərinin höküməti yaradılacaq.

Biz beynəlxalq təşkilatlar qarşısında İrəvanın (Yerevan) qədim türk şəhəri olduğu faktını qaldıracağıq və sübut edəcəyik. Bunu N.Aras bildirib və əlavə edib ki, pozulan hüquqların bərpası və Ermənistanda qalan mülkiyyətin qaytarılması uğrunda mübarizə aparacaq.

Xəbər lenti

Xəbər lenti