...

ABŞ dövlət katibi müavininin köməkçisi Bakıya gələcək

Siyasət Materials 9 Noyabr 2006 17:27 (UTC +04:00)

Noyabr ayının üçüncü ongünlüyündə ABŞ dövlət katibi müavininin köməkçisi Barri Louinkron (Barry Lowenkron) Bakıya gələcək. Bu barədə Trend ə ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin başçısı Conatan Henik məlumat verib.

Onun sözlərinə görə, Barri Louinkron demokratiya, insan haqları və əmək məsələri üzrə məsuldur (assistant secretary for democracy, human rights and labor). Və bu məsələlər Azərbaycan hökümətinin rəsmi şəxsləri ilə görüşdə müzakirə olunacaq. Səfərin gündəliyi hələ razılaşdırılmayıb.

Xəbər lenti

Xəbər lenti