...

"Azadlıq" blokunun liderləri Polşa Parlamentinin sədri Boqdan Boruzeviçlə görüş keçiriblər

Siyasət Materials 9 Noyabr 2006 17:37 (UTC +04:00)

"Azadlıq" blokunun həmsədrləri Polşa Respublikası Parlamentinin sədri Boqdan Boruzeviçlə görüş keçiriblər. Bu barədə Trend ə blokda təmsil olunan Azərbaycan Demokrat Partiyasından (ADP) məlumat verilib.

Görüşdə ölkədəki ictimai-siyasi durum, Azərbaycan-Polşa əlaqələri müzakirə olunub. Tərəflər arasında fikir mübadiləsi aparılıb və ölkəmizdə demokratiyanın dayanıqlı inkişafı üçün Polşanın demokratik qüvvələri ilə əməkdaşlığın gələcəkdə də davam etdirilməsinin vacibliyi qeyd olunub.

Xatırladaq ki, "Azadlıq" blokunda 4 müxalifət partiyası- Azərbaycan Xalq Cəbhəsi (AXCP), Azərbaycan Liberal (ALP), Vətəndaş və İnkişaf (VİP), Azərbaycan Demokrat (ADP) partiyaları təmsil olunur.

Xəbər lenti

Xəbər lenti