...

Türkiyə Jandarmeriyası komandanının Bakıya səfəri baş tutmayıb

Siyasət Materials 14 Noyabr 2006 12:00 (UTC +04:00)

Noyabrın 14-də Türkiyə Respublikası Jandarmeriyasının komandanı İşık Koşanerin Bakıya planlaşdırılan səfəri baş tutmayıb. Bu barədə Trend ə Azərbaycn Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Baş İdarəsindən məlumat verilib.

Səfərin baş tutmamasına səbəb İşık Koşanerin səhhətində problemlər yaranması olub. Lakin Baş İdarədən bildiriblər ki, səfər proqramı qüvvədədir və yaxın vaxtlarda reallaşacaq.

Qeyd edək ki, noyabrın 14-15-də Bakıya səfəri planlaşdırılan Türkiyə Jandarmeriyasının baş komandanı İşık Koşanerin səfəri çərçivəsində bir sıra görüşlər və Daxili Qoşunların hərbi hissələri ilə tanışlıq gözlənilirdi.

Xəbər lenti

Xəbər lenti