Bundan sonra "Quş qripinin" aşkar edilməsi üçün təhlillər Azərbaycanın özündə aparılacaq. Bu haqda Trend -ə Kənd Təsərrüfatı Nazirliyi Dövlət Baytarlıq İdarəsinin rəisi İsmayıl Həsənov məlumat verib.
Onun sözlərinə görə, bu, təhlil aparmaq üçün yeni, müasir avadanlıqların əldə edilməsindən sonra mümkün olub. İdarə rəisinin məlumatına görə, bu vaxta kimi yoluxmanı aşkar etmək üçün Londona 98 nümunə göndərilib ki, onların nəticələri Azərbaycan laboratoriyalarının nəticələri ilə üst-üstə düşür.
Yaxın zamanda 6 regional baytarlıq laboratoriyası da Yaponiya hökümətinin qrantı hesabına yeni avadanlıqlarla təmin olunacaq.