...

Bakıda neft və qaz sənayesi işçiləri həmkarlar ittifaqının 100 illiyi qeyd olunub

Siyasət Materials 15 Noyabr 2006 12:18 (UTC +04:00)
Bakıda neft və qaz sənayesi işçiləri həmkarlar ittifaqının 100 illiyi qeyd olunub

Noyabrın 15-də Bakıda neft-qaz sənayesi işçilərinin həmkarlar ittfaqının 100 illiyinə həsr olunmuş təntənəli tədbir keçirilib. Trend in xəbər verdiyi kimi, Azərbaycan neft və qaz sənayesi işçilərinin həmkarlar ittifaqının rəhbəri Cahangir Əliyev öz çıxışında azərbaycanda Həmkarlar İttifaqının yaradılmasının bütün tarixi məqamlarını qeyd edərək, bu sahədə mövcud vəziyyətdən danışıb.

"Bu gün Həmkarlar İttifaqı həm öz təşkilatının inkişafında, həm də Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərlə əməkdaşlıqda böyük uğurlara nail olub", - deyə o bildirib.

Görüşdə Türkiyə, Qazaxıstan, Norveç, Rusiya, Moldova və digər ölkələrdən, o cümlədən bir sıra beynəlxalq təşkilat və institutlardan qonaqlar, ARDNŞ, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və ölkənin müəyyən sahələr üzrə bir sıra həmkarlar ittifaqları təşkilatlarının nümayəndələri iştirak edib.

Xəbər lenti

Xəbər lenti