...

Ziyad Səmədzadə: "Yaxın vaxtlarda xaricdə təhsil alan tələbələrin sosial müdafiəsi ilə bağlı dövlət proqramı təsdiq ediləcək"

Siyasət Materials 22 Noyabr 2006 16:29 (UTC +04:00)

Yaxın vaxtlarda Xaricdə təhsil alan tələbələrin sosial müdafiəsi ilə bağlı xüsusi dövlət proqramı qəbul ediləcək. Trend in məlumatına görə, bu barədə juranlistlərə Milli Məclisin iqtisadi-siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə açıqlama verib.

O bildirib ki, xarici ölkələrdə təhsil alan tələbələrimizin sosial müdafiəsi dövlət başçısının daim diqqət mərkəzindədir. Z.Səmədzadənin sözlərinə görə, bununla bağlı prezidentin tapşırığı ilə xüsusi proqram hazırlanıb. Bu proqramın yaxın vaxtlarda təsdiq olunması gözlənilir.

Z.Səmədzadə onu da deyib ki, hazırda Milli Məclisdə bir neçə qanun layihəsi üzərində iş gedir. Sosial Sığorta Məcəlləsi, Əmanətlərin Sığortalanması, Rəqabət Məcəlləsi hazırlanır. Bir müddətdən sonra Milli Məclisə artıq Gömrük Məcəlləsi layihəsi təqdim ediləcək.

Xəbər lenti

Xəbər lenti