...

Gürcüstanın vitse- spikeri hesab edir ki, Moskva qaz tədarükü ilə əlaqədar Bakıya təzyiqlər edir

Siyasət Materials 24 Noyabr 2006 14:01 (UTC +04:00)

Rusiya Azərbaycana təzyiq göstərir ki, o, Gürcüstana əlavə qaz satmasın. Trend in Tbilisidəki xüsusi müxbiri xəbər verir ki, bu barədə bu gün Bakıdan qayıdan Gürcüstan parlamentinin vitse-spikeri Mixail Maçavariani jurnalistlərə açıqlamasında bildirib. Maçavariani Bakıda Gürcüstanı QİƏT PA-nın toplantısında təmsil edib.

"Rusiya Azərbaycana deyir ki, əgər Rusiyadan Azərbaycana ixrac olunan qaz tranzitlə Gürcüstana gedirsə, o zaman qazın qiyməti Azərbaycan üçün də artacaq. Bizim azərbaycanlı həmkarlarımız bizə dedilər ki, Azərbaycanın hökümət orqanları Gürcüstana yardım etmək istəyir və onlar bu problemin həlli üçün yollar axtarırlar", - deyə Maçavariani bildirib. O vurğulayıb ki, bu cür təzyiq metodları yolverilməzdir.

Xəbər lenti

Xəbər lenti