...

İƏT Baş katibi Azərbaycanın təşkilatın regional inteqrasiyadakı rolunu yüksək qiymətləndirir

Siyasət Materials 28 Noyabr 2006 18:27 (UTC +04:00)

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibi Xurşid Ənvər Azərbaycanın təşkilatın regional inteqrasiyadakı rolunu yüksək qiymətləndirir. Trend Azərbaycan XİN-in mətbuat mərkəzinə istinadən xəbər verir ki, bu barədə təşkilatın baş katibinin Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarova İƏT Günü münasibətilə göndərdiyi məktubda qeyd olunub.

Fəaliyyət göstərdiyi on dörd il ərzində İƏT üçtərəfli əməkdaşlıqdan 10 üzvü olan təşkilata çevrilib, üzvlər arasında regional ticarət, nəqliyyat əlaqələri yüksək səviyyəyə çatıb, təşkilat çərçivəsində imzalanmış İƏT Ticarət Müqaviləsi, Tranzit Nəqliyyat üzrə çərçivə Müqaviləsi bölgədə iqtisadi inteqrasiyanı möhkəmlədib, həmçinin enerji, turizm, ekologiya, səhiyyə sahələrində əməkdaşlıq üçün geniş perspektivlər açıb.

Xəbər lenti

Xəbər lenti