...

Məzahir Pənahov: "Seçki komissiyalarının üzvləri heç bir siyasi maraq güdməyən tərəfsiz şəxslər olmalıdır"

Siyasət Materials 29 Noyabr 2006 19:36 (UTC +04:00)
Məzahir Pənahov: "Seçki komissiyalarının üzvləri heç bir siyasi maraq güdməyən tərəfsiz şəxslər olmalıdır"

Mən də bu fikirlə razıyam ki, seçki komssiyaları maraq daşımamalı, komissiya üzvləri heç bir siyasi maraq güdməyən bitərəf şəxslər olmalıdır. Trend in məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında MSK sədri Məzahir Pənahov bildirib.

O qeyd edib ki, bütün Avropa ölkələrində seçki komissiyaları bu cür formalaşdırılır. M.Pənahovun sözlərinə görə, seçkilərdə MSK hakim rolunu oynadığından tərəfsiz olmalıdır. "Bunun hüquqi bazasının yaradılması üçün mütəxəssis baxımından problem olmayacaq və məsələ narahatçılıq doğurmayacaq. Bunun üçün mütəxəssislər, peşəkar ekspertlər var. Seçki sahəsində təcrübəsi olan bitərəf, cəmiyyətdə tanınmış şəxslər var".

M.Pənahov deyib ki, Venesiya Komissiyası ilə Azərbaycan hökuməti daimi iş birliyindədir. "Bu lazımlı bir fəaliyyətdir və gələcəkdə də davam etdiriləcək".

MSK sədri onu da bildirib ki, nəticələri etibarsız sayılan bələdiyyələrə seçkilər keçiriləcək.

Xəbər lenti

Xəbər lenti