...

Qrossmeyster Teymur Rəcəbova çoxlu maraqlı təkliflər gəlir

Siyasət Materials 5 Dekabr 2006 15:04 (UTC +04:00)
Qrossmeyster Teymur Rəcəbova çoxlu maraqlı təkliflər gəlir

"Mənə çoxlu maraqlı təkliflər gəlir ki, imtina etməyə heyfim gəlir". Bu barədə Trend ə bu yaxınlarda Florensiyada keçirilən "Bəşəriyyətin intellektual inkişafı" beynəlxalq sərgi-simpoziumu çərçivəsində kompüterlə oynamış azərbaycanlı qrossmeyster Teymur Rəcəbov məlumat verib.

Şahmatçı qeyd edib ki, o, bir qədər yorulub, belə ki, artıq onun gələn il üçün çıxışları yazılıb. "Yeni mövsümdə məni daha ağır sınaq gözləyir. Mən yanvar ayından iyuna qədər fasiləsiz keçiriləcək bütün superturnirlərə dəvətliyəm, odur ki, istirahət üçün vaxtım olmayacaq". - deyə Teymur bildirib.

Xatırladaq ki, bu mövsümdə Teymur Rəcəbov Linerasda keçirilən yarışda ikinci və üçüncü yerləri bölüşüb, Fransada keçirilən yarışın qalibi olub, Mixail Tal Kubokunun bürünc medalını və digər turnirlərin müxtəlif medallarını qazanıb.

Xəbər lenti

Xəbər lenti