...

Fazil Qəzənfəroğlu: Azərbaycan vətəndaşı haqda ölüm hökmünün çıxarılması narahatlıq doğurur

Siyasət Materials 5 Dekabr 2006 15:50 (UTC +04:00)

"Son zamanlar xarici ölkələri təmsil edən ayrı-ayrı şəxslərin və təşkilatların Azərbaycan vətəndaşlarını hədələmələri ciddi narahatlıq doğurur". Belə bir açıqlama ilə Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Qəzənfəroğlu çıxış edib. Trend in məlumatına əsasən, F.Qəzənfəroğlu bildirib ki, belə hədələr əsasən İranın dini liderlərinin dilindən səslənir.

Deputat əlavə edib ki, İranın dini liderlərindən biri hətta Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nümayəndəsini də hədələyib.

"İranın dini liderlərindən biri Azərbaycan vətəndaşı olan jurnalist haqda ölüm fitvası da verib. Bunun təsiri nəticəsində Bakı kəndlərindən birində həmin jurnalist haqqında ölüm hökmü çıxarılıb" - deyə F.Qəzənfəroğlu vurğulayıb.

Onun fikrincə, bu, beynəlxalq hüquq normalarına ziddir və bu hədələrin qarşısını almaq üçün Azərbaycan tərəfi məsələyə münasibət bildirməlidir.

Xəbər lenti

Xəbər lenti