...

Azərbaycan XİN başçısı AB-nın xarici əlaqələr üzrə komissarı ilə görüşüb

Siyasət Materials 6 Dekabr 2006 13:49 (UTC +04:00)

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldə AB xarici əlaqələr üzrə komissarı Benit Ferrero-Valdnerlə görüşüb. Bu barədə Trend ə Azərbaycanın Benilüks ölkələrində və Avropa Birliyindəki səfiri Arif Məmmədov məlumat verib.

Onun sözlərinə görə, görüş qısa və təkbətək keçirilib, ona görə müzakirə olunan məsələlərin siyahısı məlum deyil.

A.Məmmədov məlumat verib ki, Brüseldə üçgünlük səfərdə olan E.Məmmədyarov dekabrın 4-5-də ATƏT xarici işlər nazirləri Şurasının işində iştirak edib, bir sıra danışıqlar aparıb, o cümlədən ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüşüb. Dekabrın 6-da səhər səfər başa çatıb.

Xəbər lenti

Xəbər lenti