...

İspaniya XİN-in rəhbəri Azərbaycana səfər edəcək

Siyasət Materials 14 Dekabr 2006 20:41 (UTC +04:00)

İspaniyanın xarici işlər naziri Migel Anxel Moratinos Azərbaycana səfər edəcək. Bu barədə Trend ə Azərbaycan XİN mətbuat və informasiya siyasəti idarəetməsi direktoru Tahir Tağızadə xəbər verib.

Onun sözlərinə görə, səfərin dəqiq tarixi hələ müəyyənləşməyib. Bu məsələlər bu ay ərzində nəzərdən keçiriləcək. T. Tağızadə xatırladıb ki, M.M. Moratinos 2007-ci ildə ATƏT-in fəaliyyətdə olan sədri vəzifəsini icra edəcək.

Qeyd edək ki, xarici KİV-ə görə, İspaniyanın XİN rəhbəri Cənubi Qafqaz ölkələri üzrə fevralda turne keçirəcək.

Xəbər lenti

Xəbər lenti