Trend in BMT baş katibi Kofi Ananla eksklüziv müsahibəsi
- 2005-ci ilə keçirilən ümumdünya samminindən sonra BMT mühüm addımlar atıb, xüsususilə qeyd olunmalıdır ki, Sülhməramlı Komissiya və İnsan Haqları üzrə Şura yaradılıb. Lakin Təhlükəsizlik Şurası və Katiblikdə islhatlar aparılması kimi həll olunmamış bəzi məsələlər də qalır. BMT-də gələcək islahatları necə görürsünüz və xələfiniz bu məsələdə hansı rolu oynaya bilər?
- Hamı razılaşar ki, BMT-nin islahatlara ehtiyacı var. Bu çətin, lakin vacib məsələdir.
Bununla belə, keçən il mühüm addımlar atılıb. Sizin sadaladıqlarınıza əlavə olaraq qeyd edim ki, üzv-ölkələr humanitar fəlakət qurbanlarına yardım üçün fövqəladə reaksiya fondu yaradıblar. Demokratiya Fondu institutlar sırasına daxil edilib və insan haqlarının həyata keçirilməsinə təminat verir.
İstefaya getməzdən öncə Təşkilatın idarəsinə əsaslı şəkildə baxılması üçün yeni təkliflər təqdim etmişəm. Əvvəlki islahatlar əsasında formalaşma mənim əsas məqsədimi təşkil edir və bu, bəşəriyyətə xidmət üçün daha aydın və səmərəli alət sayıla bilər.
Mən hələ də Təhlükəsizlik Şurasında islahatların vacibliyinə əminəm və hər dəfə təkrarlamışam ki, bunsuz BMT-də islahatlar aparılması mümkün deyil. Düşünmürəm ki, bu anı ötürmək olar. Onlar bununla məşğul olmalıdırlar, çünki islahatların uğuru bu gün təşkilatda gərginliyin səbəbini qismən izah edir.
Dünya 1945-ci ildən bəri dəyişib və BMT də buna uyğunlaşmalıdır. Təşkilatın bir çox üzv-dövlətləri duyurlar ki, bizim idarəetmə strukturu anaxronikdir və biz əsas güc kimi yalnız 5 üzv-öləkənin nəzarəti qəbul edilən situasiyanı davam etdirə bilmirik.
Mən ümid edirəm ki, xələflərimə qoyduğum irs daha sabit və daha səmərəli Təşkilatdan ibarət olacaq. Mən inadla BMT-də islahatlar aparmağa və təşkilatı 21-ci əsrdə yerinə yetirilməli vəzifələrə hazırlamağa səy göstərirəm.
Mənim səlahiyyətim müddətinə daxil olan günlər ərzində mən inanmaqda davam edirəm ki, bügünkü çətinliklərin üzünə baxmağa gücü yetən BMT sistemi verə biləcəm. Lakin həmişə dediyim kimi, islahatlar prosesdir, hadisə yox və bu proses, heç şübhəsiz, mənim xələflərim tərəfindən davam etdiriləcək.
- Necə düşünürsünüz, Dağlıq Qarabağdakı münaqişəli vəziyyəti necə həll etmək olar? BMT əvvəlki kimi Azərbaycana qarşı erməni təcavüzünün, eləcə də separatçı rejimin orada "referendum" keçirməsinin passiv müşahidəçisi olaraq qalacaq?
- Dağlıq Qarabağ məsəlsi ATƏT tərəfindən tənzimlənir. Yaxın günlərdə keçirilən "referendum"a gəlincə, BMT bunda heç bir şəkildə iştirak etmir və ona görə şərh və izahlar üçün ATƏT-ə müraciət etmək daha yaxşı olar.
- Sizin gələcək planlarınız?
- Hər şeydən öncə, məzuniyyət götürmək istəyirəm ki, həyat yoldaşım və mən bir az dincələk. Daha sonra enerjimi Afrikada qadın təhsili məsələsinə və kənd təsərrüfatı probleminə həsr etmək istəyirəm, əvvəl mən bununla məşğul olmuşam. Afrikada istehlak təhlükəsizliyinin inkişafına yardım göstərilməsi mənim üçün çox vacib məsələdir, düşünürəm ki, bunsuz Afrikanın inkişafı çox ləng olacaq.