...

ALP 17 nəfərin partiyanı tərk etməsi barədə bəyanatlarını yalan adlandırıb

Siyasət Materials 15 Dekabr 2006 18:11 (UTC +04:00)

"17 nəfərin Azərbaycan Liberal Partiyasını tərk etməsi barədə bəyanatları partiyaya qarşı böhtan və yalan xarakteri daşıyır". Trend in məlumatına görə, bu fikirlər Liberal Partiyanın yaydığı bəyanatdandır.

Qeyd edək ki, dünən - dekabrın 14-də bir qrup şəxs mətbuat konfransı keçirərək üzvü olduqları Liberal Partiyasından istefa verdiklərini bəyan ediblər. Onlar partiyanı, onun lideri Lalə Şövkəti, sədr əvəzi Əvəz Temirxanı da ittiham eiblər.

Liberal Partiyanın dekabrın 15-də yaydığı bəyanatda deyilir ki, həmin şəxslərin bu partiyaya aidiyyatı yoxdur: "İstefa verdiyini deyənlərdən biri Abdulrza Kərimov nəinki ALP-nin Xətai rayon şöbəsinin sədr müavini, heç partiyanın fəal üzvü də olmayıb. A.Kərimovun atası Rauf Kərimov bir müddət əvvəl maddi vəziyyətinə görə ALP Xətai rayon şöbəsindən istefa verərək Müasir Müsavat Partiyasında işə düzəlib. ALP baş verənləri müxalifətə qarşı basqıların və təxribatların tərkib hissəsi hesab edir"-deyə partiyanın bəyanatında qeyd olunub.

Qeyd edək ki, ALP sabiq dövlət katibi Lalə Şövkətin rəhbərliyi ilə 1996-cı ildə yaradılıb. ALP hazırda müxalifəti təmsil edən "Azadlıq" siyasi blokunun həmtəsisçisi və üzvüdür.

Xəbər lenti

Xəbər lenti