...

Naxçıvanda Diaqnostika-Müalicə Mərkəzi təhvilə hazırlanılır

Siyasət Materials 16 Dekabr 2006 12:00 (UTC +04:00)

Naxçıvanda Diaqnostika-Müalicə Mərkəzi təhvilə hazırlanılır. Trend in Naxçıvan Bürosu xəbər verir ki, ötən ilin dekabr ayında Naxçıvan MR-ə səfər edən ölkə başçısının təməlqoyma mərasimində iştirak etdiyi səhiyyə ocağının inşası artıq başa çatmaq üzrədir.

Hazırda obyektdə son tamamlama işləri həyata keçirilir. Əsas korpusu 5, əlavə korpusları isə 4 mərtəbədən ibarət binanın tikintisi Türkiyənin "Uçar LTD" şirkətinin nəzdində fəaliyyət göstərən "Gəmiqaya" Tikinti Şirkəti həyata keçirir. Mərkəzin ürək-damar əməliyyatlarının və bir sıra cərrahi əməliyyatların keçirilməsi üçün müasir avadanlıqlarla da təchiz edilməsi nəzərdə tutulub. Qeyd edək ki, obyektin tez bir müddətdə təhvil verilməsi üçün adıçəkilən şirkət Naxçıvan şəhərindəki əksər işçi qüvvəsini burada cəmləşdirib.

Obyektin ölkə rəhbərliyinin iştiraki ilə istifadəyə veriləcəyi gözlənilir. Diaqnostika-Müalicə Mərkəzinin dekabrın son ongülüyündə istifadəyə veriləcəyi bildirilir.

Xəbər lenti

Xəbər lenti