...

Dubayda LİNKS təşkilatı çərçivəsində Cənubi Qafqaz Parlament Təşəbbüsünün 6-cı plenar iclası başlayıb

Siyasət Materials 16 Dekabr 2006 15:06 (UTC +04:00)

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində LİNKS təşkilatı çərçivəsində Cənubi Qafqaz Parlament Təşəbbüsünün 6-cı plenar iclası başlayıb.

Trend xəbər verir ki, tədbirdə Azərbaycanı deputatlar Siyavuş Novruzov, Mirkazım Kazımov, Ərəstun Cavadov, Elton Məmmədov, Rafael Cəbrayılov, İlham Məmmədov, Eyvaz Qurbanov və Fuad Muradov təmsil edirlər.

Cənubi Qafqaz Parlament Təşəbbüsünün 6-cı plenar iclasında Avropa Birliyinin "Yeni qonşuluq" siyasatinə aid bir sıra məsələlər müzakirə olunur, Cənubi Qafqazda nəqliyyat, bank və ekologiya sahələrindəki vəziyyət və bu sahələrdə əməkdaşlığın mümkünlüyü barədə ekspertlərin birgə hazırladıqları məruzələr dinləniləcək.

Plenar iclasın son günü Azərbaycan nümayəndə heyəti gələn yarım il ərzində ( yanvar-iyun 2007-ci il ) Cənubi Qafqaz Parlament Təşəbbüsünün sədrliyini təhvil alacaq.

Dekabrın 17-də Azərbaycan nümayəndə heyəti Qırmızı Xaç Təşkilatı Beynəlxalq Komitəsinin keçirəcəyi "Beynəlxalq Humanitar Qanunlar" mövzusunda təqdimat mərasimində də iştirak edəcək.

Səfər dekabrın 19-da başa çatacaq.

Xəbər lenti

Xəbər lenti