...

Dekabrın 21-də Milli Məclisdə qadın problemlərinə həsr olunmuş dinləmələr keçiriləcək

Siyasət Materials 18 Dekabr 2006 17:21 (UTC +04:00)

Dekabrın 21-də Milli Məclisdə qadın problemlərinə həsr olunmuş dinləmələr keçiriləcək. Bu barədə Trend ə Milli Məclisin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilib ki, Avropa Şurasının "Qadınlara qarşı zorakılıqla mübarizə" devizi altında təşkilata üzv olan 46 dövlətdə başladığı kampaniya çərçivəsində həyata keçiriləcək bu tədbirdə müvafiq nazirliklərin və qurumların rəhbərləri də iştirak edəcəklər.

İclasda qadınlara qarşı zorakılığın qarşısının alınması üçün müvafiq qanunvericilik, vətəndaşların maarifləndirilməsi, üzv ölkələrin bu sahədə siyasi iradə nümayiş etdirməsinin vacibliyi, insan hüquqlarının vəziyyəti, gender bərabərliyi, əldə edilmiş tərəqqinin monitorinqi və digər mövzularda geniş fikir mübadiləsi aparılacaq.

Sonda müzakirə olunan məsələ ilə əlaqədar Milli Məclisin xüsusi bəyanatı qəbul ediləcək.

Xəbər lenti

Xəbər lenti