...

Səfir: Azərbaycan KİV-ləri Rusiya informasiya cəmiyyətinə daha fəal daxil olmalıdır

Siyasət Materials 20 Dekabr 2006 12:48 (UTC +04:00)
Səfir:  Azərbaycan KİV-ləri Rusiya informasiya cəmiyyətinə daha fəal daxil olmalıdır

Azərbaycan haqqında informasiya çatışmazılığını doldurmaq üçün Azərbaycan KİV-ləri Rusiya informasiya cəmiyyətinə daha fəal daxil olmalıdır. Trend xəbər verir ki, bu barədə Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov "Novosti-Azerbaydjan" informsasiya agentliyi və informasiya meydançasının təqdimatında bildirib.

Tədbir bu gün Bakıda başlamış "RİA Novosti" Günləri çərçivəsində keçirilib. Tədbirdə iştirak etmək üçün "RİA Novosti" agentliyinin baş redaktoru A.Babinski, MDB və Baltik ölkələri üzrə baş direksiyanın direktoru A.Kasayev, "Exo Moskvı" radiostansiyasının baş redaktoru A.Venediktov gəlib.

Günlərin proqramına Bakı Slavyan Universitetində görüş, BSU ilə "RİA Novosti" arasında əməkdaşlıq barədə saziş imzalanması, "RİA Novosti" 65 il ölkə ilə birgə" yubiley fotosərgisinin açılışı, "RİA Novosti" və "Azərbaycan" qəzetlərinin birgə layihəsi - "Vesti iz Rossii"nin Azərbaycan dilində əlavəsi, "RİA Novosti" RKİA və "Novosti-Azerbaydjan" KİA arasında əməkdaşlıq və informasiya mübadiləsi barədə saziş imzalanması daxildir.

Xəbər lenti

Xəbər lenti