...

Nazir: Azərbaycanda H5N1 virusunun aşkar edilməsi üzrə aparılan monitorinq müsbət nəticə verməyib

Siyasət Materials 21 Dekabr 2006 15:08 (UTC +04:00)
Nazir:  Azərbaycanda H5N1 virusunun aşkar edilməsi üzrə aparılan monitorinq müsbət nəticə verməyib

"Quş qripi"nin aşkar edilməsi üzrə Azərbaycan ərazisində aparılan monitorinq müsbət nəticə verməyib. Trend xəbər verir ki, bu barədə bu gün vəhşi təbiətin epidemioloji vəziyyətinə nəzarət üzrə ölkədə ilk laboratoriyanın (VTEVNL) açılış mərasimində Azərbaycanın ekologiya və təbii sərvətlər nazir Hüseyn Bağırov bildirib.

Onun sözlərinə görə, Ekologiya Nazirliyi gələcəkdə də Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Xidməti ilə birgə bu cür monitorinqlər keçirəcək.

Nazir qeyd edib: "Bizim ölkədə bu təhlükəli xəstəliyin əlamətləri yoxdur deyə, biz gələcəkdə tədqiqatlar keçirilməsindən imtina edə bilmərik. İndi bu təhlükə H5N1 virusu aşkar edilmiş Qazaxıstan və Rusiyadan gözlənilir. Ona görə mərhələ-mərhələ ölkənin ayrı-ayrı regionlarında müasir laboratoriyalar yaratmaqla bu xəstəliklə bağlı vəziyyəti nəzarət altında saxlaya bilərik".

Xatırladaq ki, VTEVNL - Qafqazda analoqu olmayan yeganə laboratoriyadar.

Xəbər lenti

Xəbər lenti