...

"Azəriqaz"ın prezidenti: Yanvar-mart aylarında Azərbaycanda qaz təminatı ilə bağlı problem gözlənilmir

Siyasət Materials 22 Dekabr 2006 10:42 (UTC +04:00)
"Azəriqaz"ın prezidenti: Yanvar-mart aylarında Azərbaycanda qaz təminatı ilə bağlı problem gözlənilmir

Azərbaycan Nazirlər Kabineti 2007-ci il üçün yanacaq-energetika balansını nəzərdən keçirib. Trend xəbər verir ki, bu barədə jurnalistlərə "Azəriqaz" SC-nin prezidenti Əlixan Məlikov məlumat verib.

Onun sözlərinə görə, olan məlumatlara əsasən, yanvar-mart ayları üçün balans artıq tərtib olunub və ölkədə qaz təminatı ilə bağlı problem gözlənilmir. Bununla yanaşı, "Azəriqaz" istifadə etdikləri yanacağa görə pul ödəməyən istehlakçıların qazla təmin olunmasının dayandırılması qərarında qətidir. "2007-ci il üçün daxilolmaların 100%-ə qədər artması proqnozlaşdırılır, bu isə tələbdir, lakin hələ bu göstəriciyə nail ola bilməmişik. Lakin daxilolmalarda artım dinamikası müşahidə olunur. Ciddi şəkildə məsələ qoyulub ki, hər hansı istehlakçı ödəmə etməsə, o zaman onun qaz təminatı dayandırılacaq", - deyə Ə.Məlikov qeyd edib.

O bildirib ki, 2006-cı ildə Kalmas və Qaradağ qaz anbarına 1,026 mlrd. m3 qaz vurulub. Həmçinin ötən ildən 200 mln. m3 həcmində qaz ehtiyatı qalıb. Hazırda "Azəriqaz"ın ehtiyatında 1,120-1,130 mlrd. m3 qaz var və bu həcm yanvar-mart aylarında istehlakçılara tədarük olunacaq. Onun sözlərinə görə, ötən illə müqayisədə, qaz anbarına 200 mln. m3 çox qaz vurulub, belə ki, 2005-ci ildə cəmi 1 mlrd. m3 qaz olub. Bu, gələn il respublikada qaz təminatı ilə bağlı məsələləri tamamilə həll etməyə imkan verəcək.

Xəbər lenti

Xəbər lenti