...

Nazir: Azərbaycanda türizmin inkişaf etdirilməsi proqramı (2007-2016-cı illər) yaza qədər təsdiq olunacaq

Siyasət Materials 22 Dekabr 2006 17:24 (UTC +04:00)
Nazir:  Azərbaycanda türizmin inkişaf etdirilməsi proqramı (2007-2016-cı illər) yaza qədər təsdiq olunacaq

Azərbaycanda turizmin inkişaf etditrilməsi proqramı (2007-2016-cı illər) yaza qədər təsdiq olunacaq. Trend xəbər verir ki, bu barədə mehmanxana başçıları ilə görüşdə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev bildirib.

Onun sözlərinə görə, proqramın layihəsi artıq hökumətin ayrı-ayrı strukturlarına təqdim edilib və hazırda nəzərdən keçirilir. Nazir qeyd edib ki, proqram ölkədə turizm sənayesinin inkişaf etdirilmsinə, türizm komplekslərində xidmətin səviyyəsinin dünya səviyyəsinə qaldırılmasına yönəlib.

Proqram çərçivəsində Azərbaycanın eyni zamanda bir neçə bölgəsində - Lənkəran, Qusar, Xızı-Dəvəçi və s. turzm zonalarının yaradılması nəzərdə tutulur. Proqram həmçinin Göygöl, Şəki-Zaqatala yaxınlığında yeni turizm komplekslərinin yaradılmasını da nəzərdə tutur.

Nazir qeyd edib ki, özəl sektorun iştirakı olmadan bütün bunların öhdəsindən gəlmək olmaz. Ə.Qarayev Azərbaycanın dünyanın böyük türizm mərkəzlərindən birinə çevrilməsində yerli investorları fəal iştirak etməyə çağırıb.

Xəbər lenti

Xəbər lenti