...

Səfir: İndoneziya hökumətində Azərbaycanla əməkdaşlıq barədə ikitərəfli sənəd layihələri nəzərdən keçirilir

Siyasət Materials 25 Dekabr 2006 12:55 (UTC +04:00)

İndoneziya hökumətində Azərbaycanla əməkdaşlıq barədə ikitərəfli sənəd layihələri nəzərdən keçirilir. Bu barədə eksklüziv olaraq Trend ə Azərbaycanın İndoneziyadakı səfiri İbrahim Hacıyev bildirib.

Azərbaycan səfirliyi bu ölkənin hökumətinə iki ölkə arasında ikitrəfli əməkdaşlığın inkişafına dair təxminən 20-yə yaxın layihə təqdim edib. Səfirin sözlərinə görə, sənədlər siyasi, iqtisadi, mədəni və humanitar sahələr də daxil olmaqla ikitərfli əməkdaşlığın bütün sahələrini əhatə edir.

Diplomat qeyd edib ki, iki sənəd - təhsil sahəsində razılaşma və hava əlaqəsi barədə razılaşma yaxın vaxtlarda iki ölkənin ekspertlərinin birgə müzakirəsinə çıxarılacaq.

Diplomat xəbər verib ki, həmçinin perspektivdə Azərbaycan və İndoneziyanın iş adamlarının biznes-forumunun təşkili nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti