...

Mixail Saakaşvili – Azərbaycan prezidenti qəhrəmanlıq göstərib

Siyasət Materials 26 Dekabr 2006 12:02 (UTC +04:00)

Azərbaycan qazının Gürcüstana tədarük edilməsi barədə qərar qəbul etməklə Azərbaycan prezidenti qəhrəmanlıq göstərib. Trend in müxbiri xəbər verir ki, bu fikri Tbilisi Dövlət Universitetinin tələbələri ilə görüşdə Gürcüstan prezidenti Mixail Saakaşvili bildirib.

O qeyd edib: "Azərbaycan prezidenti Gücrüstana qaz tədarük edilməsi barədə qərar verib, bu qəhrəmanlıqdır. Hər lider İlham Əliyev kimi bu cür qərar verməzdi".

Prezidentin sözlərinə görə, bir il öncə Gürcüstan blokada yaşayanda da Azərbaycan onlara kömək edib. M.Saakaşvili deyib: "Və bu gün Azərbaycan bir daha bizə dost olduğunu sübut edi və yenil ildən Gürcüstana qaz verilməsi barədə qərar verdi".

Gürcüstan prezidenti həmçinin bildirib ki, "Şah dəniz" yatağından Türkiyənin öz kvotasından Gürcüstana qaz verilməsi və Azərbaycanın Gürcüstana qaz tədarük edilməsi barədə qərarlar "2006-cı ildə yalnız ticarət və nəqliyyat sahəsində blokada yaşamayan, həmçinin bu il Rusiya tərəfindən enerji çatışmazlığı yaşayan Gürcüstan üçün mühüm qərardır".

Xəbər lenti

Xəbər lenti