...

Azərbaycan Dövlət Neft Şirkəti qaz hasilatının artması üzrə yeni proqramı təsdiq edib

Siyasət Materials 28 Dekabr 2006 18:21 (UTC +04:00)
Azərbaycan Dövlət Neft Şirkəti qaz hasilatının artması üzrə yeni proqramı təsdiq edib

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) bu həftə öz yataqlarında qaz hasilatının artması üzrə yeni proqramı təsdiq edib. Bu barədə ARDNŞ -in neft və qaz hasilatı üzrə "Azneft" istehsalat birliyinin (İB) baş geoloqu Akif Nərimanov Trend ə eksklüziv olaraq məlumat verib.

Onun sözlərinə görə, bu proqramın reallaşdırılması nəticəsində ARDNŞ üzrə ümumi qaz hasilatı 2007-ci ilin sonunda - 2008-ci ilin əvvəlində 3-3,5 mlrd. kubmetr artacaq.

"Bu, Azərbaycanın qaza olan tələbatını tamamilə ödəməyə və hətta onun ixracını həyata keçirməyə imkan verəcək", - deyə o bildirib.

Qaz hasilatının artması üzrə proqram ARDNŞ prezidenti Rövnəq Abdullayev tərəfindən təsdiq olunub. Qaz hasilatı həcminin "Günəşli", "Bulla-dəniz", "8 Mart", "Bahar" yataqlarında yeni qaz quyularının qazılması, yeni boru kəmərlərinin tikintisi və bir sıra digər işlərin hesabına artacağı nəzərdə tutulub.

Yalnız "Günəşli" yatağında 16 yeni qaz quyusunun istismara veriləcəyi gözlənilir. Əvvəl bu yataqda ildə 4-5 yeni quyu qazılırdı.

2005-ci ildə Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən 3,8 mlrd. kubmetr qaz hasil olunub. 2006-cı ilin yanvar-noyabr ayında həcm 3,9 mlrd. kubmetrə bərabərdir.

Xəbər lenti

Xəbər lenti