...

FHN: "Butadien" qurğusunda partlayış nəticəsində rektifikasiya kalonkalarını əlaqələndirən xətlərdə aparatlar dağılıb

Siyasət Materials 30 Dekabr 2006 13:06 (UTC +04:00)

Dekabrın 29-da axşam saat 19:00 radələrində Sumqayıt şəhərindəki Kimyaçılar qəsəbəsində yerləşən, "Azərkimya" Dövlət Şirkətinə məxsus Sintez - Kauçuk zavodunun D - 4 A "Butadien" qurğusunda yanğınla nəticələnən partlayış nəticəsində ümumi sahəsi 1840 kv.m. olan 2 - ci şöbənin lokal formadan rektifikasiya kalonkalarını əlaqələndirən xətlərdə aparatlar dağılıb və təzyiq altında çıxan divinil qazı yanıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Hadisə yerinə yanğınsöndürmə və qəza - xilasetmə məqsədilə Sumqayıt və Bakı şəhərinin müxtəlif rayonlarından 15 - dən çox yanğınsöndürmə avtomobili, həmçinin Mülki Müdafiə Qoşunlarının 235 nəfər şəxsi heyət üzvü və 12 ədəd müxtəlif texnikası cəlb edilib.

Yanğın dekabrın 30-da səhər saat 00:47 dəqiqədə söndürülüb.

Yanğın zamanı hadisə yerində 1965 - ci il təvəllüdlü Mustafayeva Şükufə Mürsəl qızının və 1953 - cü il təvəllüdlü Şıxəliyeva Samirə Xeybər qızının meyidləri aşkar olunub. Zavodun 4 nəfər işçisi - 1956 - cı il təvəllüdlü Həsənov Fikrət Həsən oğlu, 1947 - ci il təvəllüdlü Əliyev Qafur Mikayıl oğlu və 1965 - ci il təvəllüdlü Qasımova Əntiqə Məhəmmədəli qızı 3 - cü dərcəli, 1951 - ci il təvəllüdlü Əhmədov Salam Əhməd oğlu 2 - ci dərəcəli yanıq xəsarətləri alaraq Sumqayıt şəhər xəstəxanasına yerləşdiriliblər.

Hazırda yanğının səbəbi və dəyən ziyan müəyyənləşdirilir.

Xəbər lenti

Xəbər lenti