...

Millət vəkilləri 2006-cı ilin nəticələrini müsbət qiymətləndirirlər

Siyasət Materials 30 Dekabr 2006 14:00 (UTC +04:00)

"2006-cı il Azərbaycan iqtisadiyyatının inkişaf üçün yeni bir mərhələ kimi qiymətləndirilməlidir." Bu sözləri Trend ə açıqlamasında Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının üzvü, deputat Azər Əmiraslanov deyib.

Onun fikrincə, 2006-cı ildə Azərbaycan neft bumu dövrünü yaşayıb və neftdən gələn gəlirlərin iqtisadi nəticələri özünü göstərib. "Təssüflər olsun ki, neft gəlirlərinin iqtisadi fəsadları da müşahidə olunub. İnflasiya meyilləri və manatın möhkəmlənməsi prosesi gedir və bu da tamamilə təbiidir. Çünki neft bumu dövrünü yaşayan ölkələr məhz bu mərhələ ilə üz - üzə gəliblər" - deyə, millət vəkili qeyd edib.

A.Əmiraslanov qeyd edib ki, 2006-cı ildə iqtisadi artım özünün ən yüksək həddinə çatıb.

Əhalinin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində xeyli iş görüldüyünü deyən deputatın fikrincə, dövlət büdcəsinin həcminin artması imkan verir ki, dövlət sektorunda çalışan, büdcədən maliyyələşən insanların əmək haqları, sosial müavinatlər artırıılsın: "Bunun nəticəsində dövlət sektorunda işləyənlərin əmək haqlarının artırılması özəl sektorda çalışanların əmək haqlarının artırılması prosesini qabaqlamaqdadır və bu, çox müsbət haldır."

A.Əmiraslanov artıq başa çatmaqda olan ilin mühüm nəticələrindən biri kimi manatın denominasiyası prosesinin həyata keçirilməsini qeyd etdi.

"Bundan başqa sosial sahə ilə bağlı mühüm addımlar atılıb. Ünvanlı sosial yardımın verilməsi prosesinə başlandı. Bu da ölkədə yeni sosial müdafiə sisteminin əsasının qoyulması deməkdir. Eyni zamanda, penisiya islahatı başladı."

"2006-cı ilin siyasi yekunlarını müsbət qiymətləndirmək olar." Bu sözləri isə millət vəkili Zahid Oruc deyib.

O vurğulayıb ki, 2006-cı ildə siyasi əhəmiyyəti böyük olan bir sıra layihələr həyata keçirilib. "Bundan başqa Azərbaycanın beynəlxalq ailəmdə nüfuzu daha da artıb. Xüsusən də NATO və Avropa İttifaqı ilə əlaqələr yeni mərhələyə daxil olub. Avropa Şurası ilə əlaqələr genişlənib. Bir sıra məsələlər var ki, onların həyata keçirilməsi üçün zəmin yarandı" - deyə, Zahid Oruc əlavə edib.

Xəbər lenti

Xəbər lenti