...

BMT-nin Azərbaycanda yeni rəhbəri vəzifələrinin icrasına fevralın əvvəlindən başlayacaq

Siyasət Materials 8 Yanvar 2007 14:48 (UTC +04:00)

BMT-nin Azərbaycanda yeni rezident-koordinatoru Bruno Poyuzet (Bruno Pouezet) yanvarın sonunda Bakıya gələcək. Bu barədə Trend ə nümayəndəlikdən bildiriblər.

O, bu vəzifədə missiyası həmin müddətə qədər bitəcək Marko Borsottini əvəz edəcək.

BMT nümayəndəliyinin yeni rəhbəri Azərbaycana təyin olunmamışdan qabaq BMT-nin Moldovada ofisinə rəhbərlik edib, Fransa vətəndaşıdır.

Azərbaycanda vəzifələrinin icrasına fevralın əvvəlindən başlayacaq.

Xəbər lenti

Xəbər lenti