...

Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğunun nümayəndələri soydaşlarımızın miqrasiya problemləri ilə bağlı bölgələrdə görüşlər keçirəcək

Siyasət Materials 10 Yanvar 2007 11:58 (UTC +04:00)

Rusiyada miqrasiya haqqında yeni qanunun icrasına başlanması ilə əlaqədar soydaşlarımıza hüquqi yardımlar üçün Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulu Qüdsi Osmanov şəhərin ayrı-ayrı bölgələrinə nümayəndələr ezam edəcək. Bu barədə Trend ə Q.Osmanov məlumat verib.

O bildirib ki, sabahdan Baş Konsulluğun hüquqşünasları, konsulları vilayətlərə ezam olunacaq, azərbaycanlılarla görüşlər keçirəcək, onların hər hansı problemlərlə üzləşib-üzləşmədiklərini öyrənəcəklər. Baş Konsul Q.Osmanov artıq Murmansk, Arxanqelsk vilayətlərinin müvafiq qurumları ilə danışıqlar aparıb.

Qeyd edək ki, Rusiya prezidentinin sərəncamına əsasən, qeyri-leqal yaşayan miqrantlar ölkədən deportasiya olunurlar.

Xəbər lenti

Xəbər lenti