...

Millət vəkili Gültəkin Hacıyeva: "AŞ PA-nın qış sessiyasında Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin görüşü istisna deyil"

Siyasət Materials 10 Yanvar 2007 18:56 (UTC +04:00)

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyası çərçivəsində Azərbaycanın və Ermənistanın qurumdakı nümayəndə heyətləri arasında görüşün keçiriləcəyi istisna deyil. Bu barədə Trend ə açıqlamasında Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Gültəkin Hacıyeva bildirib.

"AŞ PA-nın 2005-ci ilin yanvarında qəbul etdiyi qətnamədə Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında görüşlərin keçirilməsi tövsiyə edilir. Qurumun qış sessiyası çərçivəsində belə bir görüşün olub-olmayacağı yanvar ayında dəqiqləşəcək" - deyə Gültəkin Hacıyeva qeyd edib.

Millət vəkili deyib ki, AŞ PA-nın qarşıdan gələn iclası çərçivəsində Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının görüşü nəzərdə tutulmayıb: "Əgər belə bir görüşün keçirilməsi nəzərdə tutulsaydı, ona hazırlıq görülərdi. İndi belə bir hazırlıq aparılmır."

Xatırladaq ki, AŞ PA-nın qış sessiyası yanvarın 22-26-da Strasbunqda keçiriləcək. Azərbaycanın nümayəndə heyəti yanvarın 20-də Strasbunqa yola düşəcək.

Xəbər lenti

Xəbər lenti