...

MSK katibi: "Dairə seçki komissiyalarının fəaliyyətində ciddi qanun pozuntuları aşkarlanarsa, cəza tədbirləri görüləcək"

Siyasət Materials 11 Yanvar 2007 12:44 (UTC +04:00)

Mərkəzi Seçki Komissiyası (MSK) dairə seçki komissiyalarının fəaliyyətinin monitorinqi zamanı ciddi qanun pozuntuları aşkarlayarsa, müvafiq cəza tədbirləri görüləcək. Bu barədə Trend ə MSK-nın katibi Natiq Məmmədov məlumat verib.

Qeyd edək ki, MSK dairə seçki komissiyalarının fəaliyyətinin monitorinqinə başlayıb. N.Məmmədovun sözlərinə görə, indiyədək 64 dairənin fəaliyyəti yoxlanılıb. O əlavə edib ki, monitorinqlər yaxın 1-2 ay ərzində başa çatdırılacaq. Dairələrin fəaliyyətinin monitorinqinə dair MSK-nın iclası da keçirilə bilər: "MSK dairə seçki komissiyalarının fəaliyyətini qiymətiləndirmək üçün meyarlar müəyyən edib. Hər bir qanun pozuntusunun xarakterinə uyğun tədbirlər müəyyənləşməlidir. Hazırda bu faktlar araşdırılır".

Xəbər lenti

Xəbər lenti