...

Azərbaycan və Pakistan hökumətlərində hökumətlərarası komissiyanın növbəti iclasının hazırlığına başlanıb

Siyasət Materials 11 Yanvar 2007 15:10 (UTC +04:00)

Azərbaycanın Pakistandakı səfirliyi iqtisadi əməkdaşlığa dair yanvarın 29-30-da İslamabadda keçirilməsi nəzərdə tutulan hökumətlərarası komissiyanın növbəti iclasının hazırlığına başlayıb. Bu barədə eksklüziv olaraq Trend ə iqtisadi məsələlər üzrə səfirliyin köməkçisi Sabir Rzayev bildirib.

Diplomat bildirib ki, hazırda iclasın gündəliyinə dair Pakistan hökumətinin təklifləri gözlənilir. Onun sözlərinə görə, bura bütün sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərinə dair məsələlər daxil ediləcəyi gözlənilir. Komissiya həmçinin daha sıx iqtisadi əməkdaşlığın qurulması üçün iş adamlarının qarşılıqlı səfərlərinin təşkili məsələsini nəzərdə keçirəcək. Tərəflər xüsusən Azərbaycan və Pakistan arasında mal dövriyyəsi həcminin artırılması imkanlarını nəzərdən keçirəcək. Diplomat qeyd edib ki, 2006-cı ildə mal dövriyyəsi 1,7 mln. dollar təşkil edib, bunun əsass hissəsi idxalın payına düşüb. S.Rzayev bildirib ki, Azərbaycan Pakistandan əsasən dəri, toxuculuq malları, qida məhsulları idxal edir.

Xəbər lenti

Xəbər lenti