...

Baş nazir: Gürcüstan Azərbaycanın "Şahdəniz" yatağından birinci qazı almağa başlayıb

Siyasət Materials 17 Yanvar 2007 14:01 (UTC +04:00)
Baş nazir: Gürcüstan Azərbaycanın "Şahdəniz" yatağından birinci qazı almağa başlayıb

Gürcüstan bu gün Qardabani-Qaradağ köhnə magistral qaz kəmərindən 4 mln. kubmetr qaz alır. Bu barədə Trend in Tbilisidəki xüsusi müxbiri xəbər verir. Çərşənbə günü Gürcüstan hökümətinin iclasında baş nazir Zurab Noqaidelinin verdiyi xəbərə görə, 10-15 gündən sonra qaz Cənubi Qafqaz qaz kəməri ilə gedəcək.

Onun sözlərinə görə, Gürcüstan yanvarın 12-dən Azərbaycandan sutkada 3 milyon kubmetr həcmində qaz almağa başlayıb, yanvarın 15-dən isə bu qaz kəməri ilə "Şahdəniz" yatağının birinci quyusundan daha 1 milyon kubmetr qaz keçib.

Baş nazir qeyd edib ki, Gürcüstan qaz tədarükünü diversifikasiya edə bilib və indi yanacaq ölkəyə üç qoldan - Qardabani-Qaradağ, Cənubi Qafqaz qaz kəməri və Gürcüstanın Rusiyanın "Qazprom" şirkətinin də qazını aldığı Tbilisi-Vladiqafqaz kəməri ilə daxil olacaq.

Rusiya indi Gürcüstana sutkada 4 milyon kubmetr qaz verir. Qış vaxtı Gürcüstan sutkada 8 milyon kubmetr qaz sərf edir.

Baş nazir energetika naziri Nika Gilauriyə Gürcüstana qaz tədarükünü "maksimal diqqətlə izləməyi" həvalə edib.

"Şahdəniz"dən qaz tədarükünə xüsusi diqqət ayırmağı və bu yataqdan fasiləsiz qaz nəqlini təmin etməyi xahiş edirəm", - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti