...

Məhərrəm Əliyev: Bakıda adam öldürməyə cəhd, zorlama, ölümlə nəticələnən yol-nəqliyyat hadisələri azalıb

Siyasət Materials 18 Yanvar 2007 13:49 (UTC +04:00)

2006-cı ildə Bakıda adam öldürməyə cəhdləri 38-dən 30-dək, zorlama 12-dən 11-dək, ölümlə nəticələnən yol-nəqliyyat hadisələri isə 537-dən 510-dək azalıb. Trend in xəbərinə görə, bu barədə cinayətkarlığa qarşı mübarizə, ictimai asaiyişin təmini sahəsində həyata keçirilmiş tədbirlərə dair yanvarın 18-də Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) keçirilmiş əməliyyat müşavirəsində BŞBPİ rəisi general-leytenant Məhərrəm Əliyev məlumat verib.

Qəsdən adam öldürmə cinayətlərinin sayı stabil - cəmi 70 fakt qalıb. Hədə-qorxu ilə tələb etmə hadisələrinin sayı isə cəmi 4 fakt artıb.

BŞBPİ rəisinin sözlərinə görə, profilaktik və əməliyyat tədbirləri zamanı 465 odlu silah götürülüb. Bunlardan 24-ü avtomat, 145-i tapança, 11-i qumbaraatan, 185-i karabin və tüfənglər təşkil edib. Bundan əlavə, 163 ədəd müxtəlif tipli qumbaralar, 19 mindən çox döyüş patronları da yığılaraq DİN-in Təchizat İdarəsinə təhvil verilib.

"Hesabat dövründə Bakıda cəmi 8276, o cümlədən 879 ağır və xüsusilə ağır növ cinayətlər qeydə alınıb, 2005-ci ilə nisbətən hadisələrin artımı müvafiq surətdə 13,9 və 16,7 faiz təşkil edib. Cinayətkarlığın strukturunda hadisələrin 49,3 faizi az ağır cinayətlər, 40,1 faizi böyük ixtimai təhlükə törətməyən və cəmi 10,6 faiz ağır və xüsusilə ağır cinayətlər təşkil edib" - deyə M.Əliyev bildirib.

Xəbər lenti

Xəbər lenti