...

ATƏT PA-nın qış sessiyası fevralın 20-25-də keçiriləcək

Siyasət Materials 18 Yanvar 2007 14:06 (UTC +04:00)

ATƏT Parlament Assambleyasının (ATƏT PA) qış sessiyası fevralın 20-25-də keçiriləcək. Bu barədə Trend ə açıqlamasında Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət məsələləri daimi komissiyasının sədri Eldar İbrahimov məlumat verib.

Eldar İbrahimov qeyd edib ki, hələlik iclasın gündəliyinə hansı məsələlərin daxil edildiyi haqqında ölkəmizin qurumdakı nümayəndə heyətinə məlumat verilməyib.

"Həmişə olduğu kimi bu iclasda da Dağlıq Qarabağ problemini qaldıracağıq. Xüsusən də, sessiya Xocalı faciəsinin növbəti ildönümü ərəfəsində keçiriləcək. Biz bu məsələni sessiyanın gündəminə gətirəcəyik. ATƏT PA-nın hər üç- siyasi, iqtisadi, demokratiya və insan hüquqları komitələrində Dağlıq Qarabağ problemini diqqət mərkəzində saxlayırıq ", - deyə millət vəkili vurğulayıb.

ATƏT PA-nın toplantısında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupu həmsədrlərinin hesabat verməsini tələb etdiklərini deyən E.İbrahimovun sözlərinə görə, onların bu tələbi hələ də yerinə yetirilməyib.

Xəbər lenti

Xəbər lenti