...

Deputat Gültəkin Hacıyeva: "Azərbaycanda siyasi məhbus problemindən daha çox, bu məsələ ətrafında sünü ajiotaj yaratmaq meyilləri var"

Siyasət Materials 19 Yanvar 2007 19:38 (UTC +04:00)

Azərbaycanda siyasi məhbus problemindən daha çox, siyasi məhbus məsələsi ətrafında sünü ajiotaj yaratmaq meyilləri var. Bu barədə Trend ə açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin üzvü, millət vəkili Gültəkin Hacıyeva bildirib.

Onun fikrincə, artıq Azərbaycanda bu problem həll olunub. "Bu məsələ ilə bağlı bəzi xırda problemlər var və onlar da həll olunmaq üzrədir", - deyə o qeyd edib.

G.Hacıyeva vurğulayıb ki, bu problem bir vaxtlar aktual idi və Azərbaycanla Avropa Şurası arasında olan münasibətlərdə ciddi problemlər yaradırdı: "Mən böyük məmunluqla demək istəyirəm ki, hazırda bu problem öz aktuallığını itirib. Avropa Şurasının keçmiş baş katibi tərəfindən təyin edilən ekspertlərin rəyinə görə siyasi məhbus hesab olunmayan və törətdiyi konkret cinayət əməlinə görə cəza alan insanları yenidən siyasi məhbus siyahılarına daxil edirlər. Bu insanların siyasi məhbus kimi Avropa Şurasına sırınması meyilləri var. Hesab edirəm ki, Avropa Şurası kimi mötəbər bir təşkilat bu cür spekulyasiya hallarına biganə qala bilməz. Təşkilat bu cür münaciətlərin mahiyyətinə nəzər salaraq obyektiv qərar qəbul edəcək."

Millət vəkili deyib ki, bəzi hüquq müdafiəciləri ağır cinayətlər törətmiş şəxsləri siyasi məhbus kimi təqdim edirlər.

Onun fikrincə, Azərbaycan yeni müstəqillik əldə etmiş ölkə olduğuna görə, məhkəmə sistemində çox ciddi problemlər var: "Mən məhkəmə sistemini dəfələrlə tənqid etmişəm və bu sahədəki vəziyyətdən narazıyam. Ona görə də Azərbaycanda məhkəmə qərarlarında hər hanıs bir qüsurların olması mümkündür. Amma bu qüsurların aradan qaldırılması üçün işlər görülür."

G.Hacıyeva bildirib ki, məhkəmə qərarlarından narazı olan şəxslər yuxarı inistansiyalara, o cümlədən İnsan Haqları üzrə Avropa Məhkəməsinə müraciət edə bilərlər: "Bu məsələləri siyasiləşdirmək probledən çıxış yolu hesab oluna bilməz. İndii sivil qaydalarla mübarizə aparmaq dövrüdür."

Xəbər lenti

Xəbər lenti