...

Milli Məclisin yaz sessiyası fevralın 1-də başlayır

Siyasət Materials 22 Yanvar 2007 11:24 (UTC +04:00)

Fevralın 1-də Milli Məclisin yaz sessiyası başlayır. Trend in məlumatına görə, parlamentin yaz sessiyasında bir sıra qanun layihələri müzakirə olunacaq. Onlar arasında "Təhsil haqqında", "Dövlət torpaqları haqqında", "Atçılıq haqqında", "Penetensiar sistemdən azad olunan şəxslərin sosial adaptasiyası haqqında" və digər qanun layihələri və Rəqabət Məcəlləsi var.

Qeyd edək ki, Milli Məclisin payız iclasları 2006-cı ilin dekabrın 29-da başa çatıb və millət vəkilləri bir aylıq tətilə gediblər. Daxili Nizamnaməyə görə, qanunverici orqanın yaz sessiyası fevralın 1-də başlayır və may ayının sonunda başa çatır.

Xəbər lenti

Xəbər lenti